Paşinyan Əskiparaya gəldi – FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddə yerləşən Tavuş bölgəsinin Əskipara kəndində səfərdədir. 

Globalinfo.az xəbər verir ki, bu barədə baş nazir ofisinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat yayıb.

O bildirib ki, Paşinyan Azərbaycana qaytarılması müzakirə edilən Aşağı Əskipara, Bağanis Ayrım və ətraf qəsəbələrdə yaşayan erməniləri qəbul edib.

Qeyd edək ki, bir müddətdir Ermənistanın işğalı nəticəsində Qazax rayonunun Tavuş bölgəsinə birləşdirilən Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması üçün hazırlıq görüldüyünə dair məlumatlar var.

Ayşən Mustafa
Globalinfo.az