Paşinyan Ermənistanın gələcəyini açıqladı

“Demokratiya bundan sonra da Ermənistanın brendi olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Amma ümid edirəm ki, onu dəstəkləyən digər brendlər yüksək iqtisadi artım və sülh olacaq. Məhz bu üçlük hədəfə xidmət etməlidir”, – o bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan müxalifəti Paşinyanın təzyiqləri artırmasına dair iddialarla çıxış etmişdi. Bununla bərabər, bəzi ekspertlər də Paşinyanın hakimiyyətdə avtoritar idarəetmə sistemini gücləndirdiyini irəli sürmüşdülər.

İlkin Həsənov
Globalinfo.az