Əliyev və Paşinyan Peterburqda danışıqlar aparıb? – Kreml

Əliyev və Paşinyan Peterburqda danışıqlar aparıb? - Kreml

“Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda danışıqlar aparmayıblar, sadəcə ayaqüstü qısa təmas imkanları olub”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“MDB-nin dünən keçirilən qeyri-rəsmi sammiti və bu kimi tədbirlər ayaqüstü qısa söhbətlər üçün yaxşı imkan yaradır. Bu dəfə də elə oldu. Hər kəsin bir-biri ilə ünsiyyət qurmaq imkanı vardı. Bakı və İrəvan sülh müqaviləsinin yekunlarına doğru irəliləyirlər, bunun üçün hər iki ölkədə siyasi iradə var. Prosesi dəstəkləyirik”, – D.Peskov bildirib.

Əliyar Xəlil
Globalinfo.az