Paşinyan dini tədbirə ateist deputatı apardı – FOTO

pasinyan yeni 132

Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri zamanı parlamentin hakim “Mülki müqavilə” fraksiyasının üzvü olan Arsen Toroyanı da özü ilə aparması diqqət çəkib. 

Globalinfo.az xəbər verir ki, Paşinyan fevralın3-də Beynəlxalq Dini Azadlıq Samitində iştirak məqsədi ilə bir qrup hökumət nümayəndəsi ilə birlikdə Vaşinqtona gedib.

Onların arasında deputat Arsen Torosyanın olması isə maraqla qarşılanıb. Ermənistan KİV yazır ki, Torosyan ateistdir və hər fürsətdə dinə yanaşması ilə bağlı fikirlərini açıq şəkildə vurğulayır.

Həmçinin bir müddətdir Paşinyanla Toroyanın münasibətlərində gərginliyin müşahidə olunduğu bildirilir. Məlumata görə, Torosyanla hakim komanda üzvləri arasında da anlaşmazlıqlar var. Lakin Arsen Torosyanın da ABŞ-a gedən heyətə qatılması Paşinyanın onu bağışlaması kimi dəyərləndirilib. Deputatın hazırda baş nazirə ən yaxın adamlardan biri olduğu deyilir.

Əliyar Xəlil
Globalinfo.az