Ermənistanın Baş naziri Nikol Paşinyan Danimarkaya səfərə gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
O, mayın 14-də keçiriləcək Kopenhagen Demokratiya Sammitində iştirak edəcək.
Sammit çərçivəsində Paşinyan bir sıra müzakirələrdə iştirak edəcək.
Səfər çərçivəsində Paşinyanın Danimarkanın Baş naziri Mette Frederiksen və Danimarka parlamentinin sədri Sören Qade ilə görüşləri nəzərdə tutulub.
Müşviq Tofiqoğlu
Globalinfo.az














