Paşinyan Danielyana: Dövlət sizin üçün ruletdir?

Paşinyan Danielyana: Dövlət sizin üçün ruletdir?

“Ermənistan Respublikasının suveren ərazisində, ölkənin demarkasiya olunmuş hissəsində heç bir xarici nümayəndə yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deputat Qarnik Danielyana cavabında bildirib.

O, Ermənistanın kağız üzərindəki xəritəsində Tavuş bölgəsini göstərərək, “Ölkənin ərazisini məktəb yox, dövlət sərhəddi müəyyən edir” deyib.

“Təhlükəsizlik müəyyən olunan sərhədlə təmin edilir. Sizə zəmanət verirəm ki, Kirants indi həmişəkindən daha təhlükəsizdir. Mən buna əminəm”, – deyə Paşinyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az