Paşinyanın saatı şübhələrə yol açdı: sirli məqam… – FOTO

 

Ermənistan Baş naziri Nikol Paşinyan Korrupsiyanın qarşısının alınması komissiyasına təqdim etdiyi bəyannamədə bahalı qol saatını qeyd etməyib.

Globalinfo.az “AzPolitika.info”ya istinadən xəbər verir ki, bunu Ermənistanın “Joqovurd” nəşri yazıb.

Məlumatda deyilir ki, sözügedən komissiya Paşinyanla yanaşı, Baş nazirin müavini və bir neçə nazirin təqdim etdikləri bəyannamələrdə pozuntuların olduğunu, gəlirlərin gizlədildiyini qeyd edib. Qurum hətta bununla bağlı Mill Təhlükəsizlik Xidmətinə müraciət edərək, Paşinyanın saatı da daxil olmaqla, sözügedən məmurların gizlədilən gəlirlərinin mənbəyini, bu şəxslərin bizneslə məşğul olub-olmadığını araşdırmağı xahiş edib.

Məlumatda deyilir ki, Paşinyanın aylıq maaşı 1.580 min dramdır ki, bu da təxminən 4 min ABŞ dolları edir. Onun taxdığı saat və geyindiyi bahalı kostyumların dəyəri isə aldığı əmək haqqını xeyli üstələyir.

Həmçinin, qeyd olunur ki, Paşinyanın arvadı da bahalı geyim və qızıl-zinət əşyaları ilə seçilir.