68753c473607368753c4736074175251360768753c473607168753c4736072

21:50

Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron Parisin Yelisey sarayında görüşüb.

Globalinfo.az xəbər verir ki, görüşdə Ermənistan-Fransa münasibətlərinin gündəliyində duran bir sıra məsələlər, o cümlədən birgə proqramların həyata keçirilməsi müzakirə olunub.

Baş nazir Brüsseldə keçirilən müzakirələrə toxunaraq, Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsinə diqqət yetirdiyini vurğulayıb.

Həmçinin regional əhəmiyyətli məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Fransa prezidenti sosial şəbəkə hesabında yazıb ki, görüşdə Ermənistan-Azərbaycan mövzusu diqqət mərkəzində olub.

O, Ermənistanın baş naziri ilə danışıqların təfərrüatlarını açıqlayıb və postu erməni dilində yazıb.

Makron qeyd edib: “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması regionun bütün xalqları və ölkələri, eləcə də onun hüdudlarından kənarda olanlar üçün yeni səhifə aça bilər”.

Paşinyan isə görüşə dair görüntüləri öz sosial şəbəkə hesabında paylaşıb.

***17:56

Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən Parisə yollanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bu gün o, daha əvvəl yenidən İrəvana dövlət səfərinə dəvət etdiyi Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Paylaş: