qaregin nikol
“5 il ərzində Paşinyan administrasiyası bütün dövlət və milli institutların müqavimətini sındıraraq, ölkəni erməni-türk dostluğuna hazırlamağa nail olub. Yerdə yalnız bir müqavimət qalıb. Bu da əsas milli institut olan Erməni Apostol kilsəsidir”.

Globalinfo.az xəbər verir ki, bu iddianı rusiyayönlü “Hraparak” qəzeti erməni ekspert Arqam Poqosyana istinadən yayıb.

“İndi kilsənin müqavimətini sındırmaq zamanı çatıb. Məsələ onda deyil ki, onlar bu beş il ərzində heç nə etməyiblər. Kifayətə qədər hazırlıq işi aparılıb və indi kilsəyə böyük hücum başlayıb. İlk zərbələrin səsi artıq eşidilir”, – qəzetin məqaləsində yer alıb.

Məqalədə həmçinin erməni kilsəsinin bundan sonra türklərə qarşı müqavimətin əsas mərkəzi olacağı bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl Erməni Apostol Kilsəsinin katolikosu II Qaregin Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımaq qərarına etirazını bildirərək, kilsənin onun istefası ilə bağlı çağırışının müddətsiz olduğunu açıqlamışdı.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: