Paşinyan “bizimdir” dedi, azərbaycanlı alim cavab verdi

Paşinyan "bizimdir" dedi, azərbaycanlı alim cavab verdi

Ermənistanın Baş naziri Nikol Paşinyanın “Yaxşı deyək, yaxşı olsun” atalar sözünün ermənilərə məxsus olduğunu deməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. O iddia edib ki, Azərbaycan, Türkiyə, Gürcüstan və İranda bu sözü özlərininki kimi qəbul edirlər.

Globalinfo.az-a danışan Əməkdar elm xadimi, folklorşünas Qəzənfər Paşayev bildirib ki, həmin atalar sözünün hansı xalqa məxsus olduğunu müəyyən etmək çətin məsələdir.

O, bir çox ölkələrdə eyni atalar sözünün olduğunu vurğulayıb:

“Hamısı qonşu ölkələrdir. Hətta elə atalar sözü var ki, bütün xalqların dilində istifadə olunur. Əgər bir atalar sözündə yer, adət-ənənə, müəyyən nişanə varsa, o zaman iddia etmək olar ki, bu, filan xalqa məxsusdur. Məsələn, “tikansız gül olmaz” atalar sözü var. Həmin ifadə Azərbaycan dilində də, rus və ingilis dilində də eynidir. İndi kim deyə bilər ki, bu, hansı ölkənindir?! Paşinyanın dedikləri həqiqəti əks etdirmir”.

Zaira Akifqızı
Globalinfo.az