
Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistan mediasında yer alıb.
“Müstəqillik Bəyannaməsinin mətnində elə ifadələr var ki, orada əslində Ermənistanın müstəqil dövlət kimi mövcud ola bilməyəcəyindən bəhs edilir. Bu, mümkün deyil. Ona görə də hesab edirəm ki, yeni Konstitusiyada bu Bəyannaməyə istinad olmamalıdır”, – deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın sülh sazişi imzalamaq üçün tələblərindən biri də Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Çünki Ermənistan Konstitusiyasının istinad etdiyi Müstəqillik Bəyannaməsində Azərbaycana ərazi iddiaları əksini tapıb.
Aysel Əliyeva
Globalinfo.az














