Paşinyan Xamenei ilə görüşdü – VİDEO

Paşinyan Xamenei ilə görüşdü - VİDEO

İranda səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb. 

Globalinfo.az xəbər verir ki, görüşdə baş nazirin müavini Mqer Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan da iştirak ediblər.

N.Paşinyan İran prezidenti və digər dövlət rəsmilərinin helikopter qəzasında həlak olması ilə bağlı  İran xalqına başsağlığı verib.

Qeyd edək ki, Nikol Paşinyan Prezident İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana gedib.

Ayşən Mustafa
Globalinfo.az