1669266872 pasinyan

Ermənistan Baş naziri Nikol Paşinyan “qarabağ respublikası” ifadəsinin işlədilməsini qadağan edib. Lakin bunun əvəzinə “Dağlıq Qarabağ” ifadəsinin işlənməsi barədə göstəriş verib. Artıq hərbi hissələrə də yazılı əmr göndərildiyi deyilir.

Maraqlıdır, “Dağlıq Qarabağ” ifadəsi Azərbaycan tərəfindən qəbul edilmədiyi halda Paşinyan hökumətinin bu addımı nədən xəbər verir? Bunu xoşniyyətli addım saymaq olarmı? Yoxsa separatçılarla İrəvanın rəqabəti fonunda baş verən lokal bir oyundur?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq İlyas Hüseynov deyib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlamaları faktiki olaraq onun regionda sülhün əldə edilməsinə qarşı olduğunu sübut edir:

“Diqqətçəkən məqam odur ki, Paşinyan həm də ənənəsinə sadiq sülhə dair açıqlamalar verir. Lakin bəllidir ki, o, bu açıqlamaların ardına sığınaraq əsl niyyətini gizləmək və maksimum dərəcədə öhdəliklərindən yayınmağa çalışır.

unnamed file

İlyas Hüseynov

Nikol Paşinyanın “qarabağ respublikası” ifadəsinin işlədilməsini qadağan edib, əvəzinə “Dağlıq Qarabağ” ifadəsinin işlənməsini tapşırması heç nəyi dəyişmir. Çünki “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi də sülh gündəliyinə uyğun deyil. Belə ki, Azərbaycan Prezidentinin inzibati ərazi bölgüsü haqqında fərmanında “Dağlıq Qarabağ” ifadəsi yoxdur. Qarabağ və Şərqi Zəngəzur ifadələri var.

“Dağlıq Qarabağ” terminologiyasına qayıdış prosesə kölgə salmaq mahiyyəti daşıyır. Bu ilk başda xoş niyyət kimi görünsə də, separatizmin, revanşizmin güclənməsinə xidmət edir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: