Xankəndidə partlayış buna görə baş verib – Açıqlandı

Qarabağdakı keçmiş qondarma rejim Xankəndidə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb. 

Globalinfo.az xəbər verir ki, keçmiş “mətbuat katibi” Davit Babayan partlayışın qəsdən törədilməsinə dair iddiaların doğru olmadığını deyib.

“Orada xeyli insan var idi. Bizə bildirirlər ki, hadisə səhlənkarlıq ucbatından baş verib”, – Babayan vurğulayıb.

Qeyd edək ki, sentyabrın 25-i axşam saatlarında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində 290 nəfər erməni yaralanıb, 20-si ölüb.

Ayşən Mustafa
Globalinfo.az