Parlament seçkiləri: bildirişlərin seçicilərə paylanması prosesi bitdi

Parlament seçkiləri: bildirişlərin seçicilərə paylanması prosesi bitdi

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması prosesi başa çatıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, məntəqə seçki komissiyaları tərəfindən bildirişlərin seçicilərə paylanması prosesi səsvermə gününə 7 gün qalanadək başa çatmalıdır.

 

Milli Məclisə sentyabrın 1-də keçiriləcək növbədənkənar seçkilərlə əlaqədar bu proses 2024-cü il avqustun 25-dək yekunlaşdırılır.