Cənubi Koreya parlamenti Prezident Yun Sok Yola impiçment elan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Parlamentdəki 300 deputatdan 204-nün impiçmentin lehinə səs verdiyi bildirilir. Prezidentin əleyhinə səs verənlər arasında hakim partiyadan olan deputatlar da yer alıb.
Qeyd edək ki, bundan öncə Yun Sok Yol ölkədə hərbi vəziyyət elan etmişdi. Bundan sonra onun qərarına etiraz olaraq ölkədə etirazlar başlamışdı. Nəticədə bir neçə saat sonra prezident qərarını ləğv etmişdi.
Əliyar Xəlil
Globalinfo.az














