Paşinyanın fraksiyası qapalı iclas keçirir

Paşinyanın fraksiyası qapalı iclas keçirir
Hazırda Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyanın qapalı iclası keçirilir. 

Globalinfo.az xəbər verir ki, iclasda hansı məsələnin müzakirə edildiyi açıqlanmayıb, lakin hazırda ölkədəki problemlər və etirazların gündəlikdə olduğu bildirilib.

Qeyd edək ki, İrəvanda etiraz aksiyaları keçirilir. 170-dən çox aksiyaçı polis tərəfindən saxlanılıb.

Ayşən Mustafa
Globalinfo.az