Milli Məclis bəyanat qəbul etdi – YENİLƏNİB

Azərbaycan parlamenti noyabrın 21-də ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edib.

Globalinfo.az xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı, sənədin hazırlanması üzrə komissiyanın üzvü Kamilə Əliyeva oxuyub.

Bəyanatda Birləşmiş Ştatlar Senatının anti-Azərbaycan aktı pislənilib. Eyni zamanda, Vaşinqtona Cənubi Qafqazdakı proseslərlə bağlı obyektiv mövqe tutmaqla bağlı çağırış edilib.

***11:51

Milli Məclisdə ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanatı hazırlamaq üçün komissiya yaradılıb.

Globalinfo.az xəbər verir ki, komissiyanın sədri Ziyafət Əsəgərovdur.

Üzvlər isə Səməd Seyidov, Qüdrət Həsənquliyev, Tural Gəncəliyev, Tamam Cəfərova və Kamilə Əliyevadır.

***11:17

Azərbaycan parlamenti ABŞ Senatının ermənilərin müdafiə aktı ilə bağlı bəyanat qəbul edəcək.

Globalinfo.az bidlirir ki, bununla bağlı məsələ Milli Məclisin bugünkü iclasının gündəliyinə daxil olunub.

Toplantının gündəliyindəki məsələlərin sayı bununla da 21-ə çatıb.