İcra başçısı sakinlər tərəfindən döyülüb? – Açıqlama

Neftçala rayonunun Bankə qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirən icra başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyüldüyü bildirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb.

Məsələni dəqiqləşdirmək üçün Mirhəsən Seyidov və onun müavini Şaiq Məmmədovla əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verən olmadı.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev isə bildirib ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun vətəndaşlar tərəfindən döyülməsi barədə iddialar həqiqəti əks etdirmir.

Zaira Akifqızı
Globalinfo.az