
Parisin mağaza sahibləri və polisi növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələri elan edildikdən sonra baş verə biləcək iğtişaşlara hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, Parisin əsas küçələrində yerləşən dəbdəbəli mağazaların pəncərələrində kütləvi polad qalxanlar quraşdırılıb, bəzi restoran və ofislərin pəncərələri taxta lövhələrlə örtülüb.
“Parisdə 5 min polis də mümkün iğtişaşlara hazırlaşır. Hüquq-mühafizə orqanları da baş verə biləcək iğtişaşlara hazırlaşır. Parisə gücləndirilmiş polis və jandarma bölmələri göndərilir. Onlar şəhərin əsas nöqtələrində yerləşirlər.
Paris prefekturası qabaqlayıcı tədbir kimi artıq Milli Assambleya (parlamentin aşağı palatası) yaxınlığında kütləvi aksiyaların keçirilməsini qadağan edib”, – deyə məlumatda qeyd edilib.














