“Hazırda bizə hücum edirlər ki, niyə təyyarələri Rusiya və Çindən yox, Fransadan alırıq”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Fransadan “Rafale” qırıcıları alınması ilə bağlı tənqidləri şərh edərkən deyib.
“Mən soruşuram ki, ruslar bizə təyyarə versələr, əlimizə necə çatacaq? Onsuz da Avropada bizi “rus casusu” hesab edirlər. Buna görə də Parislə danışıqlar çox ağır keçdi. Çünki qorxurdular ki, bu texnologiyaları Moskvaya verərik. Biz isə heç vaxt bu texnologiyaları vermərik, çünki Serbiya vətəndaşlarının pulu ilə almışıq”, – o bildirib.
Əliyar Xəlil
Globalinfo.az














