Sabah Şəriəti Qazaxıstan güləşçisi Alimxan Sızdıkova da qalib gələrək (4:0) 1/2 finala yüksəlib.
Globalinfo.az xəbər verir ki, yarımfinalda onun rəqibi dördqat Olimpiya, beşqat dünya çempionu Kuba idmançısı, 41 yaşlı Lopez Nunyes olacaq.
***17:57
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Globalinfo.az xəbər verir ki, 60 kq çəki dərəcəsində yer alan idmançı Venesueladan olan Rayber Joze Rodrigez Orosko ilə üz-üzə gəlib.
Yarışa 1/8 finaldan qoşulan Məmmdəov rəqibinə məğlub olub.
Qeyd edək ki, Azərbaycanın digər yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) 1/4 finala yüksəlib.
***17:40
Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
Globalinfo.az xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı estoniyalı Heyki Nabi ilə qarşılaşıb.
Yarışa 1/8 finaldan qoşulan Şəriəti rəqibinə qalib gəlib.
Bununla da idmançımız 1/4 finala yüksəlib.
***08:46
Paris olimpiadasında bu gün daha iki idmançımız mübarizəyə qoşulacaq.
Globalinfo.az xəbər verir ki, bu gün start götürəcək yunan-Roma güləşi üzrə yarışlarda Sabah Şəriəti və Murad Məmmədov ilk görüşlərinə çıxacaq.
S.Şəriəti 130 kq çəki dərəcəsində estoniyalı Heyki Nabi ilə mübarizə aparacaq.
M.Məmmədov isə 60 kq çəki dərəcəsində Venesueladan olan Rayber Joze Rodrigez Oroskonu məğlub etməyə çalışacaq.
Hər iki güləşçi yarışa 1/8 final mərhələsindən başlayacaq.
Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.














