Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/8 final görüşü zamanı ciddi zədə alıb.
Globalinfo.az bildirir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı fransalı Nqayap Hambu ilə mübarizədə çiyni çıxıb və xəstəxanaya aparılıb.
Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.
***14:45
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Globalinfo.az bildirir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Fransa təmsilçisi Nqayap Hambu ilə üz-üzə gəlib.
Rəqibinə məğlub olan Hacıyev mübarizəni dayandırıb.
Qeyd edək ki, Elcan 1/16 finalda Türkiyə idmançısı Mixael Zqanka qalib gəlib.
Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.
X X X
Azərbaycan triatlonçusu Rostislav Pevtsov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edib.
Globalinfo.az bildirir ki, idmançı yarışı 43-cü pillədə başa vurub.
O, ümumi məsafəni 1 saat 50 dəqiqə 36 saniyəyə qət edib.
Qeyd edək ki, dünən keçirilməli olan triatlon yarışı Sena çayındakı suyun keyfiyyətinin normadan aşağı düşməsinə görə təxirə salınmışdı. Paris-2024 avqustun 11-də başa çatacaq.
***13:20
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Globalinfo.az bildirir ki, 90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hacıyev 1/8 finala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.
***12:34
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.
Globalinfo.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışda 6-12-ci yerlər uğrunda mübarizəyə qoşulub.
Dımçenko C/D yarımfinalında altı iştirakçı arasında üçüncü olub. Avarçəkən məsafəni 7 dəqiqə 59,23 saniyəyə qət edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***09:07
Bu gün Azərbaycanın üç idmançısı və 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Globalinfo.az bildirir ki, ilk olaraq cüdoçu Elcan Hacıyev tatamiyə çıxacaq.
Belə ki, 90 kq çəki dərəcəsində yer alan Avropa çempionu Türkiyə təmsilçisi Mixael Zqankla üz-üzə gələcək.
Akademik avarçəkmə üzrə yığmamızın üzvü Diana Dımçenko 6-12-ci yerlər uğrunda yarışacaq.
Badmintonçu Edi Reski Dviçayo E qrupundakı ikinci görüşündə danimarkalı Anders Antonsenin müqavimətini qırmağa çalışacaq. Təmsilçimiz ilk görüşündə avstriyalı Kollins Filimonu üstələyib.
Son olaraq Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi ABŞ seçməsi ilə qarşılaşacaq. Komandamız ötən gün ilk matçında İspaniyaya məğlub olub – 16:18.
Triatlonçumuz Rostislav Pevtsovun çıxışı isə Sena çayında suyun keyfiyyətininn aşağı olması səbəbindən növbəti dəfə təxirə salınıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Hələlik cüdoçu Hidayət Heydərov (73 kq) qızıl medal əldə edib.














