100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşanqi Kokauri təsəlliverici qarşılaşmada dünya çempionu, Endi Qranda (Kuba) ilə görüşüb.
Rəqibinə məğlub olan təmsilçimiz mübarizəni dayandırıb.
***15:37
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxışını başa vurub.
Globalinfo.az bildirir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində ikinci cəhdində 53.750 xala layiq görülüb.
O, yekunda 16 iştirakçı arasında 10-cu olub. Mahsudova “8-liy”ə düşə bilmədiyi üçün mübarizəni dayandırıb.
***15:15
Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Globalinfo.az bildirir ki, 20 yaşlı idmançı təsnifat mərhələsində çıxış edir.
O, ilk cəhdində 42,950 xala layiq görülüb. Azərbaycan təmsilçisi hələlik 16 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***14:04
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Globalinfo.az bildirir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində Minjonq Kim (Cənubi Koreya) ilə üz-üzə gəlib.
Rəqibinə uduzan Kokauri təsəlliverici qarşılaşmaya qatılacaq.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.
***13:05
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Globalinfo.az bildirir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Martti Pumalainen (Finlandiya) ilə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Kokauri 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.
***12:14
Azərbaycan cüdoçusu Uşanqi Kokauri Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Globalinfo.az bildirir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Rafael Silva (Braziliya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kokauri 1/8 finala vəsiqə qazanıb.
Qeyd edək ki, daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Paris-2024 avqustun 11-də başa çatacaq.
***11:49
Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.
Globalinfo.az xəbər verir ki, yığma V turda Avstraliya kollektivi ilə üz-üzə gəlib.
Görüş komandamızın 12:21 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, seçməmiz daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 hesabı ilə uduzub. Basketbolçularımız ABŞ millisinə 20:17 hesabı ilə qalib gəlib.
***08:42
Bu gün Azərbaycanın üç idmançısı və qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edəcək.
Globalinfo.az bidirir ki, 3×3 basketbol yığması 5-ci matçında Avstraliya, daha sonra Çin komandası ilə üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidə mübarizə aparan cüdoçu Uşanqi Kokauri 1/16 final mərhələsində Rafael Silvanın (Braziliya) müqavimətini qırmağa çalışacaq.
Batut gimnastikası üzrə millimizin üzvü Selcan Mahsudova təsnifat mərhələsində bacarığını göstərəcək.
Boksçu Murad Allahverdiyev (80 kq) isə 1/4 finalda Qazaxıstandan olan Nurbek Oralbayla döyüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.