“Qəbələ” darmadağınla qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun iki görüşü baş tutub.

Globalinfo.az xəbər verir ki, günün ilk matçında “Səbail” öz meydanında “Kəpəz”i qəbul edib. Görüşdə hesab açılmayıb.

Günün digər matçında Qəbələ təmsilçisi “Turan Tovuz”u qəbul edib. Meydan sahibləri 4-0 hesablı inamlı qələbə qazanıb.

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.