Paris-2024: Taekvondoçumuz gümüş medal qazandı

Paris-2024: Taekvondoçumuz gümüş medal qazandı

Qaşım Maqomedov koreyalı rəqibinə 2-0 məğlub olaraq qızıl medal qazana bilmədi.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Q.Maqomedov görüş zamanı ayağından ziddi zədə alıb. Ayağını yer basmaqda çətinlik çəkən idmançımız qarşılaşmanı yarımçıq dayandırıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***

Yay Olimpiya Oyunlarında mübarizə aparan güləşçimiz Sənan Süleymanov bürünc medal uğrunda görüşə çıxıb.

77 kq çəki dərəcəsində yarışan idmançımızın rəqibi qırğızıstanlı Akjol Mahmudov olub.

Rəqibinə məğlub olan (5:5) güləşçimiz Olimpiadanı medalsız başa vurub.

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarını mükafatsız başa vurub.

87 kq çəki dərəcəsində yer alan idmançımızın 1/8 finalda məğlub olduğu rəqibi – Macarıstan təmsilçisi David Losonç finala vəsiqə qazana bilməyib.

Losonçun finala gedən yolda Bolqarıstan güləşçisinə uduzması Rafiqin təsəlliverici görüşə qatılmaq şansının üstündən xətt çəkib.

***

67 kq çəki dərəcəsində yarışan Həsrət Cəfərov yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gəlib.

Qarşılaşma Həsrətin məğlubiyyəti ilə başa çatıb.

Rəqib sonuncu xal prinsipinə (3:3) əsasən mərhələ adlayıb

Cəfərov sabah bürünc medal uğrunda görüşdə iştirak edəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Yarımfinalda Qaşım Maqomedovun rəqibi Olimpiya çempionu (2020-ci il) Vito Del-Akvila (İtaliya) olub və 2:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.

Maqomedov finalda Tae Conq Parkla (Koreya) qarşılaşacaq. Döyüş saat 23:37-də başlayacaq.

***

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Globalinfo.az bildirir ki, 58 kq çəki dərəcəsində yer alan idmançı 1/4 final mərhələsində ispaniyalı Adrian Visente ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Maqomedov yarımfinala yüksəlib. Təmsilçimiz ilk hissədə 11:5, ikinci yarıda 13:11 hesabı ilə üstün olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş mükafatı təmin edib.

***15:09

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Globalinfo.az bildirir ki, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

X X X

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Globalinfo.az bildirir ki, 87 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində David Losonçi (Macarıstan) ilə üz-üzə gəlib.

Hüseynov rəqibinə məğlub olub – 2:5. Losonçi finala çıxsa, təmsilçimiz təsəlliverici görüşə qatılacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında taekvondo yarışları start götürüb.

Globalinfo.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qaşım Maqomedov irlandiyalı Cek Uolli ilə üz-üzə gəlib.

Döyüşün ilk raundunu 7:4, ikinci raundu isə 11:7 hesablı qələbə ilə bitirən idmançımız 1/4 finala vəsiqə qazanıb.

Paris-2024: Taekvondoçumuz gümüş medal qazandı

***13:45

Azərbaycan yunan-Roma güləşçisi Həsrət Cəfərov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Globalinfo.az xəbər verir ki, 67 kq-da mübarizə aparan idmançımız 1/8 finalda misirli Mohamed Elsayedlə üz-üzə gəlib.

O, bu görüşdə 8:0 hesablı təmiz qələbə ilə 1/4 finala adlayıb.

Paris-2024: Taekvondoçumuz gümüş medal qazandı

***08:47

Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.

Globalinfo.az bildirir ki, ilk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.

58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 11:46-da start götürəcək.

Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Mohamed Eısayed (Misir) və David Losonçi (Macarıstan) ilə üz-üzə gələcək.

Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.