Paris-2024: boksçumuz mübarizəni dayandırdı

Paris-2024: boksçumuz mübarizəni dayandırdı

Azərbaycanın boksçusu Nicat Hüseynov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Globalinfo.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gəlib.

Bu görüşdə idmançımız məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Paris-2024: boksçumuz mübarizəni dayandırdı

***14:18

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Globalinfo.az xəbər verir ki, 81 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Fransa təmsilçisi Umar Alfa Djalo ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Tçkayev yarışla vidalaşıb.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Ötən gün digər cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

***13:18

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Globalinfo.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 28 iştirakçı arasında ilk “16-lığ”a düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.

X X X

Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Globalinfo.az xəbər verir ki, o, 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsində çıxış edib.

Vəlizadə 1-ci qrupda dörd iştirakçı arasında ikinci olub. Üzgüçü məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edib.

Onun taleyinə digər üç qrupda yarış başa çatdıqdan sonra aydınlıq gələcək.

Ümumilikdə 28 iştirakçı arasında ən yaxşı nəticəyə malik 16 idmançı yarımfinala vəsiqə qazanacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

***12:02

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü Diana Dımçenko Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti dəfə çıxış edib.

Globalinfo.az xəbər verir ki, o, 2000 metr məsafəyə fərdi yarışın 1/4 final mərhələsində mübarizə aparıb.

Məsafəni 7 dəqiqə 53,76 saniyəyə qət edən Dımçenko ilk “3-lüy”ə düşə bilmədiyi üçün yarışla vidalaşmalı olub.

O, altı idmançı arasında dördüncü yeri tutub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Paris-2024: boksçumuz mübarizəni dayandırdı

***09:34

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün baş tutmalı olan triatlon yarışı təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə beynəlxalq federasiyanın (World Triathlon) mətbuat xidməti məlumat yayıb.

Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır.

Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-də gerçəkləşə biləcəyi vurğulanıb. Lakin qurum idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək bu hadisənin baş tutacağına zəmanət verməyib.

Qeyd edək ki, çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir. Paris-2024 avqustun 11-də başa çatacaq.

***09:16

Azərbaycanın daha yeddi idmançısı və qadınlardan ibarət 3×3 basketbol millisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verəcək.

Globalinfo.az bildirir ki, əvvəlcə kişilərin fərdi yarışında triatlonçumuz Rostislav Pevtsov çıxış edəcək.

Ardınca akademik avarçəkmədə Azərbaycanı təmsil edən Diana Dımçenko 1/4 finalda yarışacaq.

Həmçinin cüdoçu Zelim Tçkayev də mübarizəyə qoşulacaq. 81 kq çəki dərəcəsində yer alan milli üzvü 1/16 final səddini keçməyə çalışacaq.

Üzgüçü Ramil Vəlizadə 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə təsnifat mərhələsini adlamaq istəyəcək.

Daha sonra boksçular – Nicat Hüseynov (51 kq) və Murad Allahverdiyev (80 kq) rinqə çıxacaqlar. 1/16 finaldan başlayacaq N.Allahverdiyev Dominikandan olan Junior Alkantara Reyeslə üz-üzə gələcəksə, M.Allahverdiyev misirli Abdelrahman Abdelcavvadla qarşılaşacaq.

Bu gün Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova da qüvvəsini sınayacaq. Sıralama turunda 647 xalla 39-cu yeri tutan milli üzvü 1/32 finalda çinli An Qixuanla görüşəcək.

Günün sonunda Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi yarışa qoşulacaq. Təmsilçimiz ilk mərhələdə İspaniya yığması ilə görüşəcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.