“Paris-2024”: paraatıcılarımız finala yüksələ bilmədilər

“Paris-2024”: paraatıcılarımız finala yüksələ bilmədilər

Azərbaycan paraatıcıları Kamran Zeynalov və Aybəniz Babayeva Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyiblər.

Globalinfo.az xəbər verir ki, milli üzvləri SH1 kateqoriyasında 50 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparıblar.

K.Zeynalov 529 xalla 14-cü, A.Babayeva isə 507 xalla 26-cı olub.

Qeyd edək ki, buna qədər 10 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparan Kamran Zeynalov 13-cü, Aybəniz Babayeva isə 14-cü yeri tutmuşdu. Paralimpiada sentyabrın 8-də başa çatacaq.

***11:56

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Globalinfo.az xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançı 100 metr məsafəyə sərbəst üsulla üzmədə bacarığını göstərib.

O, 54.21 saniyə ilə 15 idmançı arasında 4-cü yeri tutub. Beləliklə, təmsilçimiz həlledici raunda vəsiqə qazanıb.

Qeyd edək ki, R.Saley 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medala sahib çıxıb.

“Paris-2024”: paraatıcılarımız finala yüksələ bilmədilər

X X X

Azərbaycan təmsilçisi Cahan Musayev Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında məğlub olub.

Globalinfo.az bildirir ki, parakamandan oxatmada mübarizə aparan idmançı 1/16 final mərhələsində iranlı Məhəmməd Reza ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 6:4.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

“Paris-2024”: paraatıcılarımız finala yüksələ bilmədilər

***10:56

Fransanın paytaxtı Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq.

Globalinfo.az xəbər verir ki, S12 kateqoriyasında yer alan paraüzgüçü Raman Saley 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında qüvvəsini sınayacaq.

P4 kateqoriyasında çıxış edən paraatıcılar Aybəniz Babayeva və Kamran Zeynalov 10 metr məsafəyə atəşaçmada məharətini nümayiş etdirəcəklər.

Parapauerliftinqçi Ceyhun Mahmudov (54 kiloqram) və F36 kateqoriyasında yarışan paraatlet Rüfət Rəfiyev nüvəitələmədə gücünü yoxlayacaq.

Parakamandan oxatma yarışında isə Cahan Musayev bacarığını göstərəcək. O, 1/16 finalda iranlı Məhəmmədrza Əmiri ilə qarşılaşacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.