Paris-2024: parakamandan oxatanımız 28-ci yeri tutdu

Paris-2024: parakamandan oxatanımız 28-ci yeri tutdu

Azərbaycanı Paris-2024 Yay Paralimpiya Oyunlarında parakamandan oxatmada təmsil edən Cahan Musayev mübarizəyə qoşulub.

Globalinfo.az xəbər verir ki, idmançımız təsnifat mərhələsində bacarığını göstərib.

C.Musayev yekun sıralamada 568 xalla 30 idmançı arasında 28-ci olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

***16:29

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Globalinfo.az bildirir ki, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn (6:5) Zeynalov yarımfinala yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Paris-2024: parakamandan oxatanımız 28-ci yeri tutdu

***12:44

Azərbaycan paraüzgüçüsü Könül Süleymanova Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Globalinfo.az bildirir ki, S2 kateqoriyasında çıxış edən idmançı 100 m məsafəyə arxasıüstə üzmədə təsnifat mərhələsində 4 dəqiqə 3.4 saniyə nəticə göstərib.

O, öz qrupunda 5-ci olub. İdmançı ilk “8-liy”ə düşə bilmədiyindən finala vəsiqə qazana bilməyib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

“Paris-2024”: Azərbaycan paraüzgüçüsü finala yüksələ bilməyib

***09:32

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 3 paralimpiyaçısı mübarizəyə başlayacaq.

Globalinfo.az xəbər verir ki, parataekvondoçu Sabir Zeynalov (58 kq) K44 kateqoriyası üzrə təsnifat mərhələsində çıxış edəcək.

Bu mərhələnin görüşləri Bakı vaxtı ilə 12:00-16:30-da keçiriləcək. Parataekvondo yarışlarının finalı isə Bakı vaxtı ilə 19:00-23:30-da baş tutacaq.

Paraüzgüçülük yarışlarında Könül Süleymanova (S2 kateqoriyası, 100 metr məsafəyə arxasıüstə üzmə) mübarizə aparacaq. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə 12:26-da, final isə 20:10-da başlayacaq.

Parakamandan oxatmada isə Cahan Musayev bacarığını göstərəcək. Yarışın təsnifat mərhələsi Bakı vaxtı ilə saat 15:00-da başlaycaq.

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.