“Müharibə təhlükəsi həmişə mövcuddur”.
Globalinfo.az xəbər verir ki, bunu hakim “Mülki müqavilə” partiyasından olan deputat Gevorq Papoyan deyib.
O bildirib ki, yeni müharibənin olmaması üçün sülh danışıqları aparılır:
“Biz beynəlxalq tərəfdaşlarla danışıqlar aparırıq, Aİ müşahidəçilərini dəvət edirik, təhlükəsizlik mühitimizi və ordumuzu gücləndiririk. Bütün bu addımlar heç bir ölkəyə qarşı yönəlməyib, sadəcə Ermənistanın təhlükəsizliyini qorumaq, yeni müharibənin qarşısını almaq üçün nəzərdə tutulub”, – Papoyan vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az














