Papikyan sərhədimizə gəldi, döyüş mövqeyinə baş çəkdi

Ermənistanın müdafiə naziri Suren Papikyan ölkə sərhədinin şərq tərəfindəki hərbi hissələrdən birinə baş çəkib.

Globalinfo.az Axar.az-a  istinadən xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Bildirilib ki, nazir döyüş mövqeyini də yoxlayıb.

O, şəxsi heyətlə söhbət edib, yeni modul tipli kazarmalara baxıb, xidməti və döyüş növbətçiliyinin şəraiti ilə tanış olub. Nazir xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edib.