ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniya şahzadəsi Uilyam Papa Fransiskin dəfn mərasimində qara geyim tələblərinə əməl etməyiblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Onlar protokolda nəzərdə tutulmuş qara kostyum əvəzinə mavi kostyum geyiniblər.
Qaydalara görə, kişilər dəfn mərasimində ağ köynək, uzun qara qalstuk və qara kostyum geyinməli idilər. Qadınlardan isə dizə qədər uzanan qara paltar, əlcək və papaq və ya örtük taxmaları tələb olunurdu.
Bununla belə, bir sıra qadın qonaqlar, o cümlədən Fransa və Ukraynanın birinci xanımları, Avropa Komissiyasının rəhbəri və İtaliyanın Baş naziri Corcia Meloni baş örtüyü olmadan mərasimə qatılıb. Bəzi qonaqlar isə ənənəvi paltar əvəzinə şalvarlı kostyum geyinməyi üstün tutublar.
“The Telegraph” qeyd edir ki, Vatikan bu barədə narazılıq bildirməyib.
Aysel Əliyeva
Globalinfo.az














