
Müqəddəs Pyotr kilsəsində Roma Papası Fransisk ilə ictimai vida mərasimi başa çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat xidməti məlumat yayıb.
Sakinlərin Papa ilə vidalaşa bilməsi üçün açıq tabut üç gün məbəddə saxlanılıb. Bu üç gün ərzində məbədə təxminən 250 min insan baş çəkib.
Planlaşdırıldığı kimi, yerli vaxtla saat 19:00-da ziyarətə giriş bağlanıb.
Yaxın saatlarda tabutun möhürlənməsi mərasimi keçiriləcək. Sabah isə saat 10:00-da cənazə ayini başlayacaq. Daha sonra Papa Fransiskin nəşi Santa-Mariya-Macore kilsəsində dəfn ediləcək.
Aysel Əliyeva
Globalinfo.az