Son zamanlar səhhəti ilə bağlı problem yaşayan Papa Fransisk bu gün bağırsağından əməliyyat olunacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, əməliyyat Romada yerləşən Aqostino Cemelli Universiteti Xəstəxanasında həyata keçiriləcək.
86 yaşlı Papa Fransiskin bir müddət xəstəxanada qalmağa qərar verdiyi deyilib. O, 2013-cü ildə Katolik kilsəsinin 266-cı Papası seçilib. Gəncliyində keçirdiyi infeksiya səbəbi ilə bir ağciyəri var. Papa Fransisk 2021-ci ildə də eyni xəstəxanada yoğun bağırsaqdan əməliyyat olunub, 10 gün xəstəxanada yatıb. Onun sağlamlıq problemlərinə görə vəzifəsini yerinə yetirə bilməyəcəyi, istefa məktubu yazdığı bildirilir.
Ayşən Mustafa
Globalinfo.az














