“ABŞ prezidenti Donald Trampın Panama və Panama kanalı ilə bağlı dediyi sözləri tamamilə rədd edirəm”.
Globalinfo.az xəbər verir ki, bu barədə Panama prezidenti Xose Mulinonun bəyanatında deyilir.
“Kanal Panamaya məxsusdur və bu, belə də olacaq. Dünyada elə bir ölkə yoxdur ki, bizim hakimiyyətin işinə qarışa bilsin. Kanal heç kimə güzəşt edilməyəcək. Bu, 1999-cu ildə Torrixos-Karter Müqaviləsi ilə yekunlaşan nəsil mübarizəsinin nəticəsi idi. O vaxtdan bəri 25 ildir ki, davamlı olaraq dünyaya və onun ticarətinə məsuliyyətlə xidmət edirik”, – deyə bəyanatda vurğulanır.
Müşviq Tofiqoğlu
Globalinfo.az














