“Rusiya və Çin Kəşmirdəki terror hücumunun təhqiqatında iştirak edə bilər”.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.
Ölkənin müdafiə naziri Xavaca Asifin sözlərinə görə, Rusiya, Çin və ya Qərb ölkələri terror aktının şəraitini araşdırmaq üçün beynəlxalq istintaq qrupu yaratmaqla böhranın həllində müsbət rol oynaya bilər.
Xatırladaq ki, Pakistanın Baş naziri Şehbaz Şərif də hadisə ilə bağlı beynəlxalq araşdırma aparılmasını təklif edib.
Nazir vurğulayıb ki, Kəşmirdə faciənin səbəbkarları və icraçılarını müəyyən etmək vacibdir.
Safura Bənnayeva
Globalinfo.az