
Pakistanın Bəlucistan əyalətinin Noşki şəhərində ölkənin sərhəd qoşunlarına aid hərbi kolona qarşı bombalı hücum həyata keçirilib.
Globalinfo.az xəbər verir ki, nəticədə 5 nəfər həlak olub, ən azı 12 əsgər yaralanıb.
Məlumata görə, hücumu intiharçı-terrorçu həyata keçirib. Belə ki, partlayıcılarla dolu avtomobil sərhəd korpusunun kolonuna dəyib və güclü partlayışa səbəb olub.
Bildirilib ki, hücumu ekstremist “Bəlucistan Azadlıq Ordusu” qruplaşması təşkil edib.
Qeyd edək ki, bir neçə gün əvvəl üsyançılar təxminən 440 sərnişini daşıyan “Jaffar Express” qatarını qaçırıb. Hadisə zamanı 18 rütbəli əsgər, 3 dəmiryol işçisi və 5 sərnişin həyatını itirib. Daha sonra Pakistan Ordusu bölgədə genişmiqyaslı təhlükəsizlik əməliyyatına başlayıb, təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb.
Əliyar Xəlil
Globalinfo.az