“İran ABŞ-ın regiondakı hərbi bazalarının yenidən əvvəlki vəziyyətə qayıtmasına imkan verməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu İran ordusunun komandanı, general-mayor Əmir Hatəmi deyib.
Onun sözlərinə görə, ABŞ qüvvələrinin Fars körfəzi, Oman dənizi və Hörmüz boğazında əvvəlki fəaliyyətini bərpa etməsi mümkün deyil.
İranlı general ABŞ-ın Hörmüz boğazındakı mövcudluğuna da sərt reaksiya verərək, Vaşinqtonun bu strateji su yolunda fəaliyyətinə icazə verilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, son günlər Tehranla Vaşinqton arasında əsas mübahisə mövzularından biri də Hörmüz boğazının açılmasıdır. İran tərəfi boğazın açılması üçün ABŞ-dan bir sıra şərtlərin yerinə yetirilməsini tələb edir.
Bu açıqlamalar fonunda İranın ABŞ-ın regiondakı hərbi mövcudluğuna qarşı mövqeyini daha da sərtləşdirdiyi görünür.