Pakistan sərhədində toqquşma

Əfqanıstanın Kunar əyalətində Taliban administrasiyası ilə Pakistan sərhəd qüvvələri arasında münaqişə baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə əfqan mətbuatında məlumat yayılıb.

Məlumata görə, münaqişənin başa çatdığı bildirilsə də, onun miqyası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, hər iki ölkə arasında sərhəd mübahisələrinə görə vaxtaşırı münaqişələr yaranır. Qarşıdurmalardan sonra hər iki ölkənin səlahiyyətli orqanlarının müdaxiləsi ilə gərginlik azaldılır.