Pakistan Prezidenti Asif Əli Zərdari dünən axşam Dubay Beynəlxalq Hava Limanında təyyarədən enərkən yıxılıb.
Globalinfo.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, yıxıldıqdan sonra prezident xəstəxanaya aparılıb, ayağının sındığı üçün gipsə qoyulub.
Bildirilib ki, gips dörd həftə onun ayağında qalacaq.
Pezident Zərdari evə göndərilib və ona tam istirahət etmək tövsiyə edilib.














