Pakistan İrandakı səfirini geri çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Pakistan İrandakı səlahiyyətli nümayəndəsini geri çağırır. İslamabad ölkə ərazisinə qarşı hücumu qanunsuz hesab edir və cavab vermək hüququnu özündə saxlayır”, – nazirliyin məlumatında qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az














