Prokurorluq Sumqayıtda özəl klinikada antibiotik vurulan şəxsin ölümü faktını araşdırır.
Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
X X X
Sumqayıtda özəl klinikalardan birində ölüm faktı baş verib.
Globalinfo.az APA-ya istinadən verir ki, 1986-cı il təvəllüdlü Elbrus Hörmət oğlu Hüseynov Sumqayıtdakı “Doktor AZ” klinikasında antibiotik iynəsi vurulduqdan sonra ölüb.
Fakt araşdırılır.














