Özcan Dəniz qalmaqallı serialla bağlı sükutunu pozdu – FOTO

Özcan Dəniz qalmaqallı serialla bağlı sükutunu pozdu - FOTO

RTÜK tərəfindən cəza məqsədi ilə yayımı müvəqqəti dayandırılan və cərimələnən “Kızıl Goncalar” serialının baş rol aktyorlarından Özcan Dəniz qərara etiraz edib.

Globalinfo.az xəbər verir ki, məzhəblərin və dini təriqətlərin hədəfinə çevrilən serialın növbəti bölümünün yayımı 22 yanvar tarixinə ertələnib.

Baş rolu canlandıran aktyor Özcan Dəniz yaşananlardan sonra səssizliyini pozub və sosial şəbəkə hesabında baş verənlərə münasibət bildirib:

“Əxlaq gözətçisi deyiləm, lakin karyeramın ən əxlaqlı işində yer aldığımı düşünərkən bu iş dramatik bir şəkildə “əxlaqsızlıqda” ittiham edildi. Həm də əlxaqsızlıq dənizinin içindən maqqaşla seçilərək edildi”.

Özcan Dəniz qalmaqallı serialla bağlı sükutunu pozdu - FOTO