Özbəkistan millisi ilk dəfə dünya çempionatında

Özbəkistan millisi ilk dəfə dünya çempionatında

Özbəkistan millisi tarixdə ilk dəfə futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.

Globalinfo.az xəbər verir ki, özbəkistanlı futbolçular DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsində BƏƏ ilə səfərdə 0:0 hesablı heç-heçə ediblər.

Bununla da, Özbəkistan millisi 18 xal toplayaraq A qrupunda ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə olan (14 xal) BƏƏ komandası Özbəkistan yığmasını qabaqlamaq şansını itirib.

Xatırladaq ki, dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun – 19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.