Öz maşınına od vurub yandırdı

Şəki sakini özünə məxsus “Jiquli”ni yandırıb.

Globainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə noyabrın 9-u saat 22:30-da Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində baş verib. 1996-cı il təvəllüdlü Şəki şəhər sakini Pərviz Mais oğlu İbadullayevə məxsus “VAZ-2106” markalı, 27 BN 761 dövlət nömrə nişanlı minik avtomobilində yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.