Cəlilabad rayonunda evdə baş verən yanğın söndürülüb.
Globalinfo.az xəbər verir ki, hadisə ötən gün Sərhədabad kənd sakini, Rza Əmirova məxsus ikimərtəbəli evdə qeydə alınıb.
Hadisə yerinə FHN-in Cəlilabad rayon yanğından mühafizə hissəsinin texnikaları və canlı qüvvələri cəlb olunsa da, 6 otaqlı evin 5 otağı yanıb.
Faktla bağlı araşdırma aparılır.
***
Cəlilabad rayonunda yaşayış evində yanğın başlayıb.
Globalinfo.az xəbər verir ki, hadisə Sərhədabad kəndində qeydə alınıb.
Hadisə yerinə FHN-in Cəlilabad rayon yanğından mühafizə hissəsinin 2 texnikası və 13 nəfər canlı qüvvəsi cəlb olunub.
Yanğının baş verdiyi ev sahibinin övladının bu gün şadlıq saraylarının birində toy mərasimi keçirilir.
Faktla bağlı araşdırma aparılır.














