Ovannisyan Niderland rəsmiləri ilə sülh müqaviləsini müzakirə etdi

 

Ovannisyan Niderland rəsmiləri ilə sülh müqaviləsini müzakirə etdi

Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan Niderland Parlamentinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Daimi Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ovannisyan Ermənistanın Cənubi Qafqazda sabit sülhə nail olmaq üzrə baxışını təqdim edib. Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi, sərhədlərin müəyyən edilməsi və sülh müqaviləsinin imzalanması proseslərində baş verən son hadisələrə toxunub.

Tərəflər Ermənistan-Hollandiya münasibətlərinin inkişafı ilə bağlı məsələlərin geniş spektrini də müzakirə ediblər.

Müşviq Tofiqoğlu
Globalinfo.az