Ötən ilin ən çox qol vuran futbolçusu

2023-cü ilin ən məhsuldar futbolçularının adları açıqlanıb.

Globalinfo.az Axar.az-a  istinadən xəbər verir ki, siyahıya portuqaliyalı Kriştianu Ronaldo başçılıq edir.

Karyerasını Səudiyyə Ərəbistanının “Əl Nəssr” klubunda davam etdirən 38 yaşlı hücumçu ilin son günlərində ümumi qol sayını 54-ə çatdıraraq, birinci pilləyə yüksəlib.

Siyahının ikinci və üçüncü pilləsində PSJ-nin fransalı hücumçusu Kilian Mbappe, “Bavariya” klubu və İngiltərə millisinin hücumçusu Harri Keyn yer alıb. Hər iki futbolçu mövsümü 52 qolla tamamlayıb.