Mourinyo gələcəyi barədə danışdı

Joze Mourinyo “Roma”dakı gələcəyi ilə bağlı sualı cavablandırıb.

Globalinfo.az Qol.az-a istinadən xəbər verir ki, o, Avropa Liqasının “Sevilya” ilə final oyunundan (1:1, penaltilər seriyas – 1:4) bu haqda danışıb:  “Bəli, mən mütləq bazar ertəsinə qədər qalacağam.

Qalmaq istəyirəm, amma oyunçularım daha yaxşı işlərə layiqdir. Mən də daha çoxuna layiqəm. Məşqçi, menecer, mətbuat işçisi olmaqdan bir az yorulmuşam. Bütün cəbhələrdə işləməkdən yoruldum.

Daha yaxşı nəticə vermək üçün şərait olsa, qalmaq istəyirəm. Növbəti mövsüm Çempionlar Liqasında oynamayacağıq. Nə qədər ironik səslənsə də, bu yaxşı xəbərdir. Çünki hələ Çempionlar Liqasının komandası olmamışıq”.

Qeyd edək ki, iyunun 4-də “Roma” A seriyasının son turunda “Spezia” ilə qarşılaşacaq.