osman kurtlar 1

Türkiyədə “Pana Film” şirkətinin istehsalı olan və 97 bölüm yayımlanan “Kurtlar Vadisi” serialı ilə bağlı vaxtaşırı yeni detallar üzə çıxır. 20 il öncə yayımı başa çatmış bu ekran əsəri ətrafında müzakirələr hələ də davam edir. Türkiyənin siyasi həyatına damğasını vuran serial hər qlobal proseslərdə yenidən gündəmə gəlir. Ayrı-ayrı bölümlərdə xarakterlərin sözləri, dialoqları təkrar paylaşılır, müxtəlif yorumlar verilir.

Globalinfo.az bildirir ki, serialın rejissor, ssenarist heyəti ilə bağlı da indiyə kimi fərqli iddialar yayılıb. Bunlardan ən çox danışılan Osman Sınavla bağlı olanlardır. Bilindiyi kimi, Osman Sınav “Kurtlar Vadisi” ilə yollarını proyekt başa çatmadan ayırıb. O, serialın 55-ci bölümündən sonra prodüser və rejissor vəzifəsindən uzaqlaşıb. Özü bu haqda söz düşəndə belə deyirdi: Bu sirr mənimlə qəbrə gedəcək”.

Serialın ən məşhur xarakterlərindən olan “Cerrahpaşalı Halit” rolunun ifaçısı aktyor Öczan Varaylı qatıldığı proqramlardan birində Osman Sınavla bağlı maraqlı detalı dilə gətirib. Aktyor bildirib ki, özü və onunla birlikdə serialda oynayan aktyor heyəti Osman Sınavla anlaşaraq çəkilişlərə başlamışdı. Varaylının sözlərinə görə, Osman Sınav serialdan ayrılmaq ərəfəsində onlara belə təklif edib: “Mənimlə gedənlər varsa, hər birinizə gözəl “ölümlər” yazacam”. Aktyor bu təkliflə razılaşdıqlarını deyib.

Özcan Varaylı “Polat Alemdar”ın bir gecədə 6 mafiya başçısının ölümü məsələsinə də aydınlıq gətirib. Bildirib ki, həm “Polat”ı serialda şişirtmək, həm də Osman Sınavla anlaşmış heyətin onunla birlikdə serailadn ayrılması səbəbindən ssenariyə bu belə yanşayıb.

Özcan Varaylının həmin videosunu təqdim edirik:

Paylaş: